"İnter" 11 illik həsrətə son qoydu

20.04.2022 11:54 584
Dünya futbolu
Dünən İtaliya kubokunun yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.


"İnter" 3:0 hesabı ilə "Milan"ı məğlub edərək adını finala yazdırıb.

“Neradzurra” bununla 11 illik həsrətə son qoyub. Komanda sonuncu dəfə 2011-ci ildə İtaliya kubokunda final həyəcanı yaşayıb. Həmin vaxt həlledici matçda “Palermo”nu üstələyən milanlılar (3:1) turnirin qalibi olub.

Qeyd edək ki, "İnter"in rəqibi bu gün keçiriləcək "Yuventus" - "Fiorentina" görüşündən sonra bəlli olacaq.