1765 günlük həsrətə son qoydu

6.10.2022 19:50 296
Dünya futbolu
Pyer-Emerik Obameyanq Çempionlar Liqasının “Milan”la oyununda uzun sürən həsrətinə son qoyub.

O, “Çelsi”nin 3:0 hesablı qələbəsində bir qolla rol oynayıb. Qabonlu hücumçu turnirdə 1765 gündən sonra rəqib qapısına yol tapıb. Obameyanq ÇL-də əvvəlki qolunu 2017-ci ilin dekabrında “Borussiya”nın (Dortmund) formasında “Real”a qarşı oyunda vurmuşdu.