Platini Qətərə dəvət almayıb

22.11.2022 11:13 336
Dünya futbolu
Mişel Platini DÇ-2022 zamanı Qətərdə görünməyəcək.

Səbəb sadədi:

UEFA-nın sabiq prezidenti təşkilatçılardan dəvət almayıb.

O, dünya çempionatının keçirildiyi ölkəyə getməyəcəyini deyib:

“Bir neçə media qurumundan başqa, heç bir dəvət almamışam. Ora getmək fikrim yoxdu”.


Platininin diqqətdən kənarda qalması bir qədər təəccüb doğurur. Məsələ ondadı ki, UEFA-nın keçmiş rəhbərinin Qətərin təşkilatçılıq hüququnu qazanmasında böyük rolu olub. O, Fransanın sabiq prezidenti Nikolya Sarkozinin xahişi ilə DÇ-2022-nin Qətərdə təşkili üçün səsvermə prosesində bu ölkə üçün bir neçə səs təmin edib. Bu məsələyə FİFA-nın sabiq prezidenti Jozef Blatter aydınlıq gətirmişdi. O, cari mundialın əslində ABŞ-da keçirilməli olduğunu bildirmişdi.