• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Blatterdən sensasiyon açıqlama: ''DÇ-2022 Qətərə yox, ABŞ-a verilməli idi!''

Dünya futbolu

9-11-2022, 12:0

Dünya çempionatının Qətərə verilməsi hələ də birmənalı qarşılanmır.

Baxmayaraq ki, turnirin startına 2 həftədən də az vaxt qalıb. Futbol dünyasından bir çox ismin bu mövzu ilə bağlı tənqidi fikirlər səsləndirdiyi bir məqamda FİFA-nın sabiq prezidenti Yozef Blatter sensasiyon açıqlamalar verib. 1998-2015-ci illərdə quruma rəhbərlik etmiş Blatter DÇ-nin Qətərə verilməsinin yanlış olduğunu bildirərək hər şeydə UEFA-nın sabiq prezidenti Mişel Platinini günahlandırıb. Uzun illər korrupsiyada günahlandırılan 86 yaşlı Blatterin bu ilin əvvəlində günahsız olduğu sübuta yetirilsə də, prezidentliyi dönəmində FİFA-nın etika kodeksinə zidd bir sıra hərəkətlərə yol verdiyi üçün onun 2027-ci ilə qədər futbol fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub. Blatter vətəni İsveçrədə işıq üzü görən ''Tages Anzeiger'' nəşrinə bunları deyib:

''DÇ-2022-yə ev sahibini seçərkən biz faktiki olaraq üstünlüyü ABŞ-a vermişdik. 2018-də turniri Rusiya keçirdikdən sonra 2022-də ABŞ ev sahibi olmalı idi. Bu, siyasi arenada rəqib olan iki böyük ölkə üçün dünyavi bir jest olacaqdı. Qətər balaca ölkədi. DÇ belə bir ölkə üçün hədsiz dərəcədə böyük bir turnirdi. Qətər yanlış seçimdi. O vaxt seçimə görə mən məsuliyyət daşıyırdım və səhvə yol verdiyimi etiraf edirəm. Amma artıq nəyisə dəyişmək mümkün deyil. FİFA-nın 2010-cu ildəki konqressindən bir həftə öncə Platini mənə zəng vurdu və planımızın baş tutmayacağını dedi. Çünki yenicə Fransa prezidenti Mişel Sarkozi ilə söhbət edibmiş. O da öz növbəsində bundan bir neçə gün öncə Qətər şahzadəsi ilə görüşüb çörək yeyibmiş. Sarkozi görüşdə Platiniyə ''baxın görün, siz və UEFA-dakı dostlarınız DÇ-yə ev sahibi seçimi zamanı Qətərə nə cür köməklik edə bilərsiz'' deyibmiş. Platini mənə ''Zepp, ölkə prezidenti səndən nə isə xaiş etsə, nə reaksiya verərsən'' tipli bir sual ünvanladı. Mən isə cavabımda bu sual barədə düşünmədiyimi dedim. Çünki bizdə İsveçrədə prezident yoxdu. Sonda hər şey onun planlaşdırdığı kimi oldu. Platini və UEFA-dakı deleqatların 4 səsi həlledici oldu. Yekunda mundial ABŞ-a yox, Qətərə qismət oldu. Təbii ki, ortada həm də böyük pullar oynayırdı. Yarım ildən sonra Qətər Fransadan 14,6 milyard avro dəyərində döyüş təyyarələri aldı. Mənə maraqlıdı ki, FİFA-nın indiki prezidenti (Canni İnfantino) nə üçün Qətərdə yaşayır? O, DÇ-nin təşkilat komitəsinin rəhbəri ola bilməz. Bu, onun işi deyil! Bunun üçün iki ayrı təşkilat var. Biri Qətərin özündə, biri də FİFA-da. Hər şeyə rəğmən şadam ki, xırda istisnaları saymasaq, heç bir futbolçu qarşıdakı mundialı boykot etmək fikrində deyil''.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-06-2022, 13:0

Blatter ilə Platini üçün şərti cəza istənildi

Dünya futbolu

19-06-2022, 10:0

Blatter ilə Platini üçün şərti cəza istənildi

Dünya futbolu

10-06-2022, 09:0

Blatterin nəfəsi çatmadı, ifadə verə bilmədi

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 197
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə