"Belə azarkeş qarşısında oynamağa öyrəşməmişik" - Qətərin baş məşqçisi

21.11.2022 09:54 369
DÇ 2026
Qətər millisinin baş məşqçisi Feliks Sançes dünya çempionatının açılış matçında Ekvadora uduzmalarını şərh edib.

"Football-plus.az" xəbər verir ki, "Marca"ya danışan mütəxəssis 0:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

"Stadiondakı atmosfer bizə təsir etdi. Belə azarkeş qarşısında oynamağa öyrəşməmişik. VAR olmasaydı, ilk dəqiqələrdən artıq geri düşərdik. Ekvador layiqli qələbə qazandı. Onlar bizi bütün aspektlərdə üstələdilər".

Qətər mundialın A qrupunda Seneqal, Niderland və Ekvadorla mübarizə aparır.