Onu da bildirmişdik ki, kapitanın heyətdən kənarda qalmasına səbəb baş məşqçinin avqustda “Araz-Naxçıvan”a dəvət etdiyi braziliyalı olub. Belə ki, kapitan komandanın yeni üzvünə klub daxilində nizam-intizama əməl etməli olduğunu bildirib. Braziliyalı futzalçı isə həmyerlisi olan baş məşqçiyə yaxınlaşaraq Rövşəndən şikayət edib. Bunu eşidən Alesio kapitanı cəzalandırmaq fikrinə düşüb. Və həmin gündən Hüseynlinin adı “qara siyahı”ya düşüb.
Məsələ ilə bağlı “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Mahmud bəy “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:
“Baş məşqçi ilə qapıçı arasında bir az inciklik var idi ki, bu da hamıya bəllidi. Artıq barışıblar və Rövşən də məşqlərə başlayıb, hazırda millinin düşərgəsindədi. Yığmanın oyunundan sonra klubun məşqlərinə də qoşulacaq. Bəli, problem var idi, bunu gizlətmək düzgün olmaz. Klubdaxili iclas keçirildi. Orda mən, baş məşqçi, idman direktoru, köməkçi məşqçi və Hüseynli iştirak etdi. Ondan sonra problem aradan qalxdı”.
RƏŞAD






