“Torpedo” artıq medallar uğrunda mübarizədən çəkilib. Yığmamızın da şərəfini qoruyan futzalçı Rusiya klubu ilə ikiaylıq anlaşmışdı.
Azərbaycan çempionu olmaqla yenidən Çempionlar Liqasında oynamaq imkanı qazanan “Araz-Naxçıvan” sabiq qapıçısını qaytara bilərmi? Bəs Rövşən özü vətənə qayıtmaq istəyirmi? Bu haqda məlumat almaq üçün klubun vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Rövşən hazırda getdiyi komandanın düşərgəsindədi. Onlar da məşqlərə başlayıblar. Dünən özü ilə danışdım. Rəhbərliklə görüşü olmalıdı. Ondan sonra məlumat verəcək ki, orda qalır, ya yox. Ona yeni müqavilə təklif edəcəklər. Müqavilə onu qane etsə, komandada qalacaq. Qane etməsə, “Araz-Naxçıvan”a qayıda bilər. Mən də Rövşənə dedim ki, sənin “Araz-Naxçıvan”da həmişə yerin hazırdı. Biz hələ ki qapıçı məsələsini arxa plana atmışıq. Rövşən qayıdacaqsa, onu qəbul edəcəyik. Qayıtmasa, Rusiyadan gətirdiyimiz qapıçı ilə danışıqlara başlaya bilərik”.
ŞAİR ABDULLA





