• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ofsayda düşən” qapıçı… - KÖŞƏ

Premyer-liqa / Yazarlar

18-11-2022, 23:0

Ötən həftə Canni de Byazi yığmamızın Moldova və Şimali Makedoniyaya qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün heyətini açıqladı.

Dəvətlilər arasında yalnız Ceyhun Nuriyev yeni simadı. Diqqəti çəkən əsas məqam isə "Sabah"ın əsas heyət üzvünə çevrilən və sabit çıxış edən Yusif İmanovun kənarda qalmasıdı. Gənc qolkiper geridə qalan 14 turda əvəzlənmədən start heyətində meydanda olmaqla komandasının uğurlarında böyük pay sahibidi. Həmçinin cari mövsümdə ən az top buraxan qapıçılar arasındadı. O, yalnız "Qarabağ"ın qolkiperi Luka Quqeşaşvilidən geri qalır. Çoxları hələ ötən mövsümdən özünü yaxşı tərəfdən göstərən gənc qapıçının sırf gənc futbolçu limitinə görə, yəni məcburən oynadıldığını söyləyirdi. Lakin Murad Musayev Yusifdə xüsusi istedad, bacarıq gördüyünü vurğulayaraq, cari mövsümdə də ona güvənməkdədi. Nədənsə hər şeyə fikir verdiyini, nəzərində saxladığını deyən De Byazi cənabları Yusifin performansını görmür və ya görməzdən gəlir. Heç kim iddia edə bilməz ki, "bayquşlar"ın qapıçısı artıq millinin "1 nömrə"si olmaq üçün yetişib və seçmə mərhələdə “çərçivə”ni əminliklə ona həvalə etmək olar. Xeyr! Amma yoldaşlıq oyunlarına İmanov kimi perspektivli qapıçı mütləq dəvət olunmalı və yığmanın ab-havasını duymalıydı.

Sözsüz, hazırda ölkənin əsas komandasının "1 nömrə"si Şahruddin Məhəmmədəliyevdi. Onsuz da "Qarabağ"ın qolkiperinin zədə almaq riski böyükdü. Dağıstanlı millinin toplanışı çərçivəsində ağır zədələnsə və ya ötən mövsüm "Şamaxı", cari “futbol ili”ndə isə "Turan Tovuz" ilə qaşılaşmadakı kimi xəsarət alsa, onu kim əvəzləyəcək? Səlahət Ağayevin nə qədər milli təcrübəsi olsa da, əvvəlki kimi sabit deyil. Emil Balayev Qazaxıstan karyerasından sonra hələ də tam toparlanmayıb, "Səbail"də qeyri-sabit çıxış edir. O, arxada qalan 14 oyunun 10-da 90 dəqiqə oynayıb, 1 görüşdə əvəzlənib, digərində isə meydana sonradan çıxıb. "Səbail"in buraxdığı 20 qoldan 15-i Balayevin “ayağındadı”. Qısası, qolkiper heç klubunda yaxşı performans sərgiləmir. Odu ki, "Səbail"in qapıçısının əvəzinə Yusifin çağrılması daha məntiqli olardı.

Ümumiyətlə, yoldaşlıq görüşlərinin nəticələri əhəmiyyət kəsb etmədiyindən yaxşı olardı ki, yığmamızın hazırkı qapıçı heyətinin əvəzinə Yusif İmanov, Rəşad Əzizli və Orxan Sadıqlı dəvət alardı. "Şamaxı"nın qolkiperi son oyunlarda seyvləriylə komandasının uğurunda əsas pay sahiblərindəndi. Tərlan Əhmədovun gəlişindən sonra uğursuz çıxışla seçilən Kamran İbrahimovun əvəzinə Orxana şans verildi. Həqiqət naminə etiraf etmək lazımdı ki, Orxan "Kəpəz"də yaxşı çıxış edir. "Turan Tovuz"la qərb derbisində də komandasının ən yaxşılarından biri idi. Bir neçə epizodda xilaskara da çevrildi.
Ciddi önəmi olmayan yoxlama matçlarında Şahruddinlə Səlahətin yoxluğunda yalnız nəticə baxımından itirə bilərik. Əvəzində isə millinin ab-havasını dadacaq, gələcək üçün daha güclü Yusif İmanov kimi qapıçı qazanacağıq. Unutmayaq ki, futbolçular klublarında inkişaf etsə də, millidə yoxlama görüşlərində parlayır və məşqçilərin güvənini qazanır.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

15-11-2022, 17:0

Canni de Byazi yeni komanda formalaşdırır - TƏHLİL

Premyer-liqa / Yazarlar

16-09-2022, 17:0

Murad Musayevin fərqi - YAZI

Ölkə futbolu / Manşet

31-05-2022, 23:0

De Byazinin müzakirəyə açıq seçimi

Aktual / Manşet

2-08-2022, 20:0

Canni de Byazi televizor qarşısında oturub

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə