Canni de Byazi televizor qarşısında oturub

2.08.2022 20:10 512
Aktual / Manşet
Avrokuboklarda 2 klubumuz mübarizəni davam etdirir.

“Zirə” və “Qəbələ” ötən həftə dayandı, “Neftçi” Konfrans Liqasında, “Qarabağ” isə Çempionlar Liqasında yoluna davam edir. Hər iki təmsilçimiz 3-cü təsnifat mərhələsindədi.

Maraqlıdı, klublarımızın avrokuboklarda keçirdiyi görüşləri milli komandamızın məşqçilər heyəti izləyib? Onlar azərbaycanlı futbolçuların oyunlarını təhlil edib? Bu haqda məlumat almaq üçün yığmada baş məşqçi Canni de Byazinin köməkçisi olan Arif Əsədovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlamasını dinləyək:

"Ölkə xaricində keçirilən oyunlara yox, amma burda baş tutanlara şəxsən baxmışam. Məndən başqa, qapıçılar üzrə məşqçi Kamran Ağayev də izləyib. Canni de Byazi isə televizor vasitəsilə baxıb. Matç əsnasında bir-birimizlə əlaqə saxlayıb, oyunçular haqda müzakirə aparırdıq. Sabah qalan köməkçi məşqçilər də gəlir. De Byazinin nə vaxt Bakıda olacağını isə dəqiq bilinmir. Amma yaxın günlərdə o da gələcək”.


ŞAİR ABDULLA