Daha bir taekvondoçunuz dünya çempionatında mübarizəyə başlayır

18.11.2022 10:38 335
İdman
Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə Özbəkistanı təmsil edən Niyaz Pulatovla üz-üzə gələcək.

Ötən gün 74 kq-da yarışan Eltac Qafarov təsnifat mərhələsində Çin Taypeyindən olan Çenqçi Veyə uduzub.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız 68 kq-dakı Cavad Ağayev bürünc medal qazanıb.