Cüdoçularımız dünya çempionatının ikinci günündə aktivinə iki medal yazdırıb.
Football-plus.az xəbər verir ki, 25 avqust tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının ikinci günündə 2 cüdoçumuz bürünc medal qazanıb. 48 kq-da yarışan idmançımız Aydan Vəliyeva macarıstanlı Luka Veq ilə mübarizədən qalib ayrılaraq bürünc medalın sahibi olub.
60 kq-da çıxış edən Nizami İmranov fransalı idmançı Dayyan Boulemtafes üzərində qələbəyə sevinib. O, dünya çempionatının bürünc medalçısı olub.
66 kq-da yarışan cüdoçularımız Nicat Nağıyev turniri 5-ci, Əbil Yusubov isə 7-ci yerdə tamamlayıb.
Xatırladaq ki, çempionatın ilk günündə 55 kq çəki dərəcəsində yarışan Şahin Oruczadə gümüş medal qazanıb. Hazırda Azərbaycan millisinin aktivində 1 gümüş və 2 bürünc medal var.