“Neftçi SOCAR” almanları yendi, 1/4 finala yüksəldi

5.09.2026 21:55 1
İdman
3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniyaya 16:11 hesabı ilə qalib gəlib.

Komanda daha əvvəl Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə 12:22 hesabı ilə uduzub.

Bununla da “Neftçi SOCAR” 1/4 finala vəsiqə əldə edib. Komandanın A qrupundakı yekun mövqeyi son oyundan sonra bəlli olacaq.