İbrahim Mbaye PSJ-dən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, “Aston Villa” hücum xəttini onunla gücləndirib. Seneqallı vinger üçün Fransa klubuna 55 milyon avro təzminat ödənilib. 18 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Seneqal yığmasının üzvü PSJ-nin yetirməsidi. İbrahim ötən mövsüm Paris klubunda keçirdiyi 28 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
PSJ-dən ayrıldı
Dünya futbolu






