Azərbaycan idmançısı dünya üçüncüsü oldu

17.11.2022 09:27 329
İdman
Azərbaycan taekvondoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Football-plus.az xəbər verir ki, kişilərin 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev təsnifat mərhələsində Tailand təmsilçisi Çayçon Çonu, növbəti mərhələdə polşalı Mateus Şesnovskini yolundan kənarlaşdırıb. Azərbaycan təmsilçisi 1/8 finalda özbək Uluqbek Raşitovdan, 1/4 finalda isə iordaniyalı Zaid Mustafadan üstün olub.

Yarımfinalda cənubi koreyalı Kvon Do-yun ilə üz-üzə gələn Ağayev ilk raundda üstün olsa da, sonda məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

Qadınların yarışında isə 49 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova təsnifat mərhələsində yunanıstanlı Anastasia Kokosidən üstün olsa da, 1/16 finalda israilli Avişaq Semberqə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmasında Serbiyanı təmsil edən Mehdi Xudabaxşiyə uduzub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul