Güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı

14.09.2022 16:12 425
İdman
Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı bu gün təsəlliverici qarşılaşmada türkiyəli Aslı Demirə sonuncu xal prinipinə əsasən (5:5) qalib gəlib.

Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) görüşəcək.

Xatırladaq ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi - Jalə Əliyeva (57 kq) və Alyona Kolesnik (59 kq) yarışda mübarizəyə başlayır.