Şamanlar Maneyə kömək edə biləcəklər?

12.11.2022 11:58 295
Dünya futbolu
Sadio Manenin dünya çempionatı ərəfəsində zədələnməsinin Seneqalda böyük narahatlığa səbəb olduğunu xəbər vermişdik.

Football-plus.az xəbər verir ki, nuna baxmayaraq, onun adı milli komandanın iştirak ərizəsinə daxil edilib.

Almaniya çempionatının 14-cü turunun “Verder”lə matçında (6:1) sıradan çıxan “Bavariya”nın 30 yaşlı hücumçusunun DÇ-2022-nin startınadək sağalıb-sağalmayacağı hələ ki məlum deyil. Seneqal millisi A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq. Afrkanın son çempionu turnirdə ilk oyununu noyabrın 21-də Niderlanda qarşı keçirəcək.
FİFA-nın baş katibi Fatma Samura milli komandanın aparıcı oyunçusunun mundialda oynayacağına ümid edir. 60 yaşlı seneqallı funksioner “Europe 1” telekanalına açıqlamasında Sadionun qısa müddətdə sağalması üçün şamanlara ehtiyac duyula biləcəyini deyib:

“Biz Sadio Mane üçün şamanlarımızın xidmətindən istifadə etməyi düşünürük. Bunun effektli olub-olmayacağını bilmirəm, amma istənilən halda onların işlərini uğurla görməsi üçün Tanrıya dua edəcəyik. Möcüzəyə inanırıq, o, dünya çempionatında olmalıdı”.


Yeri gəlmişkən, “Bavariya” rəhbərliyi Manenin DÇ-2022 üçün Seneqal millisinə dəvət olunmasına görə narazıdı. Almaniya mənbələri Münhen klubunun futbolçu zədəli halda rəsmi turnirə aparılacağı üçün narahat olduğunu xəbər verir. Rəhbərlik Sadionun mundialda iştirak etməsinin riskli olduğunu düşünür.