"Sabah" bombardiri ilə müqavilə müddətini uzatdı

16.11.2022 17:12 371
Ölkə futbolu
“Sabah” Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.

Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, Azərbaycanda keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudu.