"Sabah" Murad Musayevlə müqavilə müddətini uzatdı

27.10.2022 12:32 476
Ölkə futbolu
“Sabah” baş məşqçisi Murad Musayevlə yeni müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidmti məlumat yayıb. Anlaşmaya əsasən, rusiyalı mütəxəssislə cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha bir il – 2024-cü ilin may ayına kimi uzadılıb.

Musayev 2021-ci ilin 30 oktyabr tarixindən “Sabah”ın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında keçirdiyi 33 oyunun 20-dən qələbə ilə ayrılıb.