Azərbaycan premyer-liqasının 22-ci turunda "Zirə" ilə matçda (3:1) komandasının ikinci qolunu vuran "Sabah"ın futbolçusu Coy-Lens Mikels klubun tarixinə düşüb.
"Football-plus.az" saytının məlumtına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb. cari mövsümdə 9-cu qoluna imza atan almaniyalı hücumçu, “Sabah”ın heyətində yüksək liqada bir mövsümdə ən çox fərqlənən oyunçu olub. Əvvəlki rekord Marko Deviçə məxsus idi (8 qol). Bundan əlavə, Mikels həm də Deviçlə birgə “Sabah”ın ölkə çempionatınd ən çox qol vuran futbolçusudu.
28 yaşlı futbolçu ümumi qolların sayına görə liderdi – 12 qol (9 qol çempionatda, 3 qol ölkə kubokunda).
Qeyd edək ki, Mikels cari mövsümünün bombardirlər siyahısında ikinci pillədə yer alıb.