Şəhriyara nə olub? - AÇIQLAMA

15.11.2022 13:27 441
Premyer-liqa / Manşet
Son turda baş tutan "Kəpəz" - "Turan Tovuz" oyununda qonaqların kapitanı Şəhriyar Əliyev zədələnərək əvəzləndi.

Görəsən, futbolçunun zədəsi nə dərəcədə ciddidi? "Football-plus.az" saytı olaraq bu sualı aydınlaşdırmaq üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq:

"Kəpəz"lə səfər oyunundan sonra, millinin yoldaşlıq matçlarıyla bağlı komandaya 3 günlük istirahət verilib. Yalnız futbolçular düşərgəyə qayıdandan sonra Şəhriyarın durumu bəlli olacaq".


ABDULLA İSMAYILOĞLU