Görəsən, qərb derbisinə maraq böyükdü? Tovuzlu futbolsevərlər stadiona axışacaq?
"Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün "Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq:
"Kəpəz"lə səfər oyunumuza nə qədər azarkeşimizin gedəcəyini dəqiq deyə bilmərəm. Fanklubun üzvləri bizimlə gedəcək. Öz hesabına, şəxsi avtomobiliylə gedənlər də olacaq. Gəncədə təhsil alan tovuzlu tələbələrin də stadiona gələcəyi gözlənilir".
ABDULLA İSMAYILOĞLU




