Football-plus.az xəbər verir ki, İsmayıl Zülfüqarlının kobud oyunundan sonra onun meydanı göz yaşı içində tərk etməsi bir növ durumunun ciddi olmasına işarə idi. Düzdü, “ağ-qaralar”ın futbolçusu birbaşa “qırmızı” ilə qovuldu, amma Kaşuk oyunu davam etdirə bilmədi və 77-ci dəqiqədə əvəzləndi. İndiki halda 22 yaşlı ukraynalı yarımmüdafiəçinin müayinəsinin nəticəsi maraq doğurur. Görəsən, zədə nə dərəcədə ciddidi?
Detallara aydınlıq gətirmək üçün "Sabah"ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq:
"Aleksey Kaşukun maqnit-rezonans tomoqrafiyasının nəticəsinə əsasən sınıq aşkarlanmayıb. Hazırda müalicəsini davam etdirir. Növbəti matça kimi hazır olub-olmayacağı hələ ki bəlli deyil".
ABDULLA İSMAYILOĞLU






