“Şamaxı” ilə matçda mövsümdə 5-ci dəfə məğlub olan “Sumqayıt”ın düşərgəsində hamı dilxordu.
Xüsusilə də baş məşqçi Samir Abasov. Cəza səbəbindən “şirlər”lə oyunu tribunadan izləyən 44 yaşlı mütəxəssis “Neftçi” ilə baxımlı oyundan sonra, komandanın Şamaxıda eyni adlı komandaya qarşı bərbad çıxışı ilə heç cür barışmır. Samir bəy 2:4 hesabı ilə uduzduqları qarşılaşmadan sonra bəzi oyunçuları zəif oynadıqlarına görə cəzalandırmağa qərar verib.
“Football-plus.az” saytının əldə etdiyi məlumata görə, baş məşqçi Murad Xaçayev və Elvin Bədəlovu əvəzedici komandaya göndərib. Ötən cümə meydana çıxan və ümidləri doğrultmayan digər futbolçulara isə ciddi xəbərdarlıq edib.
RƏŞAD