"Qalatasaray" rəhbərliyi icarə müddəti bitdikdən sonra Mauro İkardini komandada saxlamaq istəyir.
Football-plus.az xəbər verir ki, bu barədə klubun prezidenti Dursun Özbek danışıb. O, forvardın komandada uğurlu olduğunu söyləyib:
“İkardi "Qalatasaray"da həqiqətən uğurludu. Hazırki klubunun onu satmaq istəyəcəyini düşünmürəm. O, çox təcrübəli oyunçudu və klubun maliyyə vəziyyətindən asılı olaraq (PSJ ilə) razılığa gələ bilsək, transferi tamamlaya bilərik”.
"Qalatasaray"ın prezidenti İkardidən danışdı
Dünya futbolu




