İkardi İstanbul yolunda

7.09.2022 20:20 445
Dünya futbolu
PSJ-nin hücumçusu Mauro İkardi tezliklə "Qalatasaray"ın futbolçusu olacaq.

Tərəflər artıq oyunçunun transferi üçün bütün lazımi sənədləri razılaşdırıb və imzalayıblar. İkardi və agentləri bu gün İstanbula uçacaq. Müqaviləyə əsasən, hücumçu gələn mövsümün sonuna qədər icarə əsasında Türkiyə klubunda oynayacaq. Parislilər maaşının böyük hissəsini argentinalıya ödəyəcək.