Stavangerdə keçirilən oyunla bağlı daimi ekspertimiz Fariz Yusifovun fikrini öyrəndik:
“Ümumilikdə hakimlik barədə danışmaq istəyirəm, oyunun özünə toxunmayacam. Çempionlar Liqası Çempionlar Liqasıdı. Bu qarşılaşma da “Sabah” üçün yaxşı təcrübə oldu. Oyun yüksək səviyyədə keçdi.
Hakimlikdə diqqətimi çəkən məqam o oldu ki, referi hələ 2-ci dəqiqədə Kristoffer Haugeni sarı vərəqə ilə cəzalandırmaqla meydanın ağası olduğunu göstərdi. Çox vaxt hakimlər oyunun əvvəlində vərəqə verməkdən çəkinirlər. Ancaq bu referi təcrübəsini və oyuna tam hazır olduğunu nümayiş etdirdi. Onun zahiri görünüşü, köməkçiləri ilə əlaqəsi və meydandakı davranışı da yüksək səviyyədə idi. Hakimlik baxımından çox xoşuma gəldi. Ciddi nöqsan görmədim. İntizam sanksiyaları, penalti qərarı və qırmızı vərəqə epizodu ümumilikdə düzgün qiymətləndirildi. Açığı, həmin epizodda Makkartiyə sarı vərəqə göstərilməsi ilə razı deyiləm. Çünki rəqib futbolçunun sağlamlığına ciddi təhlükə yaranmışdı. O, hətta ayağından ciddi zədə ala bilərdi. VAR-ın epizodu diqqətlə araşdırması və yekunda ədalətli qərarın verilməsi vacib idi. Belə hakimlik həqiqətən futboldan zövq almağa imkan verir. Oyunun özünə gəlincə, “Sabah” ilk hissədə çox yaxşı təsir bağışladı. İkinci hissədə isə səhvlərə yol verdi. Futbol səhvsiz olmur. Təəssüf ki, bu səhv belə nəticəyə səbəb oldu. Bununla belə, komanda yaxşı oynadı. “Sabah”a növbəti oyunlarda uğurlar arzulayıram”.

İSRAYIL XEYRULLAYEV