Keyn nəyi “Qızıl top”dan üstün tutur?

6.11.2026 14:38 18
Dünya futbolu
Harri Keyn AS nəşrinə açıqlamasında maraqlı fikri ilə diqqəti cəlb edib.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın hücumçusu “Qızıl top” mükafatını Çempionlar Liqasını qazanmağa dəyişməyə hazır olduğunu bildirib. İngiltərəli futbolçu fərdi mükafatdan daha çox komanda uğurlarına əhəmiyyət verdiyini söyləyib:

“Həmişə demişəm ki, komanda uğurları üçün oynayırıq və kollektiv mənim üçün inanılmaz dərəcədə önəmlidi. “Qızıl top”u qazanmaq həyatımın ən gözəl anlarından biri oldu. Bu, həqiqətən xüsusi mükafat və unudulmaz axşam idi. Amma komanda ilə birlikdə uğuru qeyd etmək və kuboku başımızın üzərinə qaldırmaq tamam başqa hissdi. Karyerama nəzər salsaq, “Qızıl top” səni yeni səviyyəyə yüksəldən müstəsna nailiyyətdi. Ancaq Çempionlar Liqasında qələbə hər zaman can atdığın uğurdu. Bununla belə, ümid edirəm ki, ikisindən birini seçməli olmayacam”.