Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı

6.11.2026 14:08 45
İdman
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb..

12-ci qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşü Dino Kramar, Nikola Jeliç və Nina Nakiç idarə edəcək.

Matçın "timekeeper"i Hidayət Feyzullayev, hakim-inspektoru Ancelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Ştefan Kammerer (Almaniya) olacaq.

Azərbaycan – Latviya oyunu noyabrın 8-də Bakı İdman Sarayında keçiriləcək və saat 20.00-da başlayacaq.