Aleks Balde qışda klubunu dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın müdafiəçisi oyun praktikasının azlığından narazıdı və yanvarda Kataloniya klubundan ayrılmağı düşünür. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
23 yaşlı ispaniyalı futbolçu bu mövsüm cəmi 4 oyunda meydana çıxıb və heç birində start heyətində yer almayıb. Müdafiəçi Joao Kanselu və Xavi Espartla rəqabətdə uduzur.
Qeyd edək ki, ötən yay futbolçu ilə “Mançester Siti” və “Mançester Yunayted” maraqlanıb. Aleks də karyerasını İngiltərədə davam etdirməyə müsbət yanaşır.
Yanvarda “Barselona”dan ayrılmaq istəyir
Dünya futbolu




