• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldonun ''iqnor siyahısı'' genişlənir

Dünya futbolu

4-11-2022, 21:0

Bu mövsüm ''Mançester Yunayted''də işləri qaydasında getməyən Kriştiano Ronaldo son hərəkəti ilə yenə diqqət mərkəzinə düşüb.

Bazar günü ''Old Trafford''da ''Vest Hem''lə qarşılaşmadan öncə Ronaldo komanda yoldaşları kimi isinmə hərəkətləri etmək üçün meydana çıxdı. Meydana ayaq basmamış o, canlı yayında veriliş aparan ''Skay Sports''un əməkdaşları ilə görüşdü. Portuqaliyalı superulduz ekspert qismində verilişdə iştirak edən sabiq komanda yoldaşı Luis Saha və İngiltərə yığmasının sabiq üzvü Ceymi Rednapp ilə görüşsə də, onların yanında dayanan Qari Nevill ilə salamlaşmadı. Ronaldo özünü görməzliyə vuraraq sabiq komanda yoldaşının əlini sıxmadan meydana tərəf qaçdı. Bu, Kriştianonun son dönəmlərdə ikinci belə hərəkətidi. Bir müddət öncə o, ''Old Trafford''da daha bir qarşılaşmadan əvvəl eyni verilişin aparıcıları ilə salamlaşarkən onu tənqid edən ''Liverpul'' və İngiltərə yığmasının sabiq müdafiəçisi Ceymi Karrager ilə də görüşməmişdi. Amma həmin vaxt o, Nevill ilə salamlaşmışdı. Belə çıxır ki, Ronaldo onu tənqid edənləri bir-bir ''qara siyahı''ya salır. Çünki ''Yunayted''in sabiq kapitanı olan Nevill ''Tottenhem''lə oyun başa çatmamış stadionu tərk edən Ronaldonu bu addımına görə qınamışdı. Nevill ''Yunayted''in artıq bu oyunçuya ehtiyacının olmadığını və onun ayrılmasının hər iki tərəf üçün faydalı olacağını demişdi. Karrager son hadisənin ardından Nevillə ''Ronaldo tərəfindən iqnor edilənlər klubuna xoş gəlmisən'' yazaraq məsələyə ironiya ilə yanaşdı. Nevill özü isə bunları dedi:

''Əslində Ronaldonun mənə münasibətdə özünü belə aparması onun canlı yayındakı sözlərimi izlədiyini göstərir. Amma şəxsən mənim sosial şəbəkələrdə 570 milyon təqibçim olsaydı, Nevillin mənim barəmdə dedikləri heç vecimə də olmazdı''.


Məsələyə ''Yunayted''in daha bir sabiq üzvü Rio Ferdinand da münasibət bildirdi:
''Ronaldonu yaxından tanıyan insan kimi deyə bilərəm ki, Nevill artıq birdəfəlik onun qara siyahısındadı. Qari hətta zəng vursa belə, Ronaldo ona cavab verməyəcək. Nevill ürəyindən keçənləri və düşündüklərini dilə gətirdi. Ronaldonun yerində olsam, başqa cür hərəkət edərdim. Həmin vaxt Nevill ilə salamlaşıb onun əlini sıxar və ''çox danışırsan'' deyərdim''.


Bu arada Ronaldo ilə Nevill arasında yaşanan olayın ardından sosial şəbəkələrdə 18 il əvvələ aid olan maraqlı bir video populyarlıq qazanıb. Bilindiyi kimi, Kriştiano ''Yunayted''ə 2003-cü ildə 18 yaşında ''Sportinq''dən gəlmişdi. Həmin vaxt Nevill artıq komandada nüfuzlu oyunçulardan biri sayılırdı. Video isə 2004-cü ilin aprelində ''Lester'' ilə oyundan sonra çəkilib. ''Yunayted''in 1:0 hesabıyla qalib gəldiyi qarşılaşmada qələbə qolunu Nevill vursa da, matçın ən yaxşısı Ronaldo seçilmişdi. Qari oyundan sonra açıqlama verərkən Ronaldonun matçın ən yaxşısı seçildiyini öyrənən kimi onu öz yanına, müsahibə verməyə çağırır. Bu, ingilis dilində yaxşı danışa bilmədiyi üçün çox utanan və narahat görünən Ronaldonun İngiltərədə ilk oyunsonrası müsahibəsi idi. Nevill yarızarafat, yarıciddi ona kömək etməyə çalışırdı. Oyundan razı qaldığını və qalib gəldikləri üçün sevincli olduğunu deyən Kriştiano növbəti sualı anlamaqda çətinlik çəkdi. Belə ki, o, ingilis dilində ''özünəinam'' mənasını verən sözün tərcüməsini başa düşmədi. Sonda Nevill Ronaldonu ilk müsahibəsi ilə təbrik edərək ona şampan butulkası hədiyyə etdi. Bu ikilinin 18 ildən sonra münasibətlərinin bu qədər dəyişməsi üzücüdü.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-10-2022, 20:0

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

Dünya futbolu

8-05-2022, 19:0

Ronaldo Fergüssonla görüşdü

Dünya futbolu

2-09-2022, 16:0

Ronaldo komanda yoldaşını döyüb? - İDDİA

Dünya futbolu

7-07-2022, 16:0

Ronaldo yenə "Mançester Yunayted"in məşqinə qatılmadı

Dünya futbolu

9-08-2022, 21:0

“İndi Avropada heç bir klub Ronaldonu almaq istəmir” - Karrager

Dünya futbolu

5-09-2022, 10:0

Ronaldo ən pislər sırasında 2-ci oldu

Aktual
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
“Bir məşqçini Konfrans Liqasında mərhələ keçib-keçməməyə görə işə götürmürlər” – “Neftçi” niyə tələsdi?
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Son xəbərlər
  • Bu gün, 00:00
    Milli komandanın tarixinə düşdü
  • Dünən, 23:05
    Braziliya 1/8 finala vəsiqə qazandı - DÇ gecəsi
  • Dünən, 22:48
    Avtoqol rekordu təkrarlandı
  • Dünən, 22:15
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 21:46
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 21:20
    Dünya çempionatının tarixinə düşdü
  • Dünən, 20:49
    "Zirə"nin növbəti rəqibi bilindi
  • Dünən, 20:10
    “Barselona”nı tərk etdi
  • Dünən, 19:35
    “Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
  • Dünən, 19:01
    AFFA İcraiyyə Komitəsinin iclası keçirildi
  • Dünən, 18:40
    “Uimbldon”un sabiq qalibinə sərt cəza - Vondrouşova dördillik cəza aldı
  • Dünən, 18:09
    “Qəbələ”dən mövsümün ilk transferi
  • Dünən, 17:46
    Karberi əvvəlkindən daha çox qazanacaq
  • Dünən, 17:10
    "İmişli" Kaşkilya ilə yolları ayırdı
  • Dünən, 16:12
    “Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
  • Dünən, 15:41
    Berqamonu tərk etdi
  • Dünən, 15:10
    MMA döyüşçümüz Çində qələbə qazandı
  • Dünən, 14:38
    "Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
  • Dünən, 14:07
    Əfsanəli illər... - KÖŞƏ
  • Dünən, 13:36
    Millimiz ilk dəfə Avropa çempionatında iştirak edəcək
  • Dünən, 13:05
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:35
    “Ferentsvaroş”un məşqçisi "Sahah" və "Qarabağ"la oyunlar haqda nə dedi?
  • Dünən, 12:04
    Paro daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:33
    “Şahdağ Qusar”dan növbəti transfer
  • Dünən, 11:02
    “Qələbələrdən doyub” - Leandro “Qarabağ” üçün bitmişdi?
  • Dünən, 10:31
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 10:00
    “Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
  • Dünən, 00:59
    Kanada 1/8 finala çıxdı - DÇ gecəsi
  • 28-06-2026, 23:0
    Cüdoçumuz Çində medal qazandı
  • 28-06-2026, 22:0
    ''İnter'' Çalhanoğlu ilə bağlı qərarını verdi
  • 28-06-2026, 22:0
    "Sabah" "Ferentsvaroş"la da heç-heçə etdi
  • 28-06-2026, 21:0
    “Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
  • 28-06-2026, 21:0
    ''Bursaspor'' ''Fənərbaxça''nın sabiq üzvünü transfer etdi
  • 28-06-2026, 20:0
    Bu qardaşlar DÇ-nin tarixinə düşdü
  • 28-06-2026, 20:0
    “Liverpul”u tərk edəcək
Daha çox
Oxunub: 447
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 241
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 231
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə