"Football-plus.az" xəbər verir ki, hazırda siyasətlə məşğul olan 60 yaşlı Mauro bildirib ki, "Napoli"də komanda yoldaşı olmuş argentinalı Dieqo Armando Maradonanı "Yuventus"un sabiq futbolçusu, hazırda "Mançester Yunayted"də çıxış edən portuqaliyalı Kriştiano Ronaldo ilə müqayisə etmək olmaz:
“Ronaldonu Maradona ilə müqayisə etməyin. Bu şokoladı nə iləsə müqayisə etmək kimidi. Komanda yoldaşları Dieqonu ən yaxşı olduğuna görə yox, səxavətli olduğuna görə sevirdilər. Üstəlik, o heç vaxt komanda yoldaşına əl qaldırmayıb. Kriştianonun isə komanda yoldaşına əl qaldırdığı vaxt olub. Kyezadan Ronaldo ilə arasında nə baş verdiyini soruşun".
Xatırladaq ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib. 37 yaşlı Ronaldo isə 2018-21-ci illərdə "Yuve"də çıxış edib.


