"Qarabağ" UEFA reytinqində xalımızı artırdı

4.11.2022 10:34 388
Ölkə futbolu
"Qarabağ"ın ötən gün Avropa Liqasının qrup mərhələsinin 6-cə turunda "Frayburq"la heç-heçəsindən (1:1) sonra Azərbaycanın UEFA reytinqində xalı artıb.

"Footbal-plus.az" qurumun saytına istinadən xəbər verir ki, bu nəticə ölkəmizin aktivinə 0,250 xal qazandırıb. Bununla da Azərbaycanın xal sayı 16,125-ə çatıb. Lakin cədvəldəki mövqeyimiz dəyişməyib - 29-cu yer.

Qeyd edək ki, 28-ci yerdəki Polşanın 18,250 xalı var.

Əlavə edək ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna Konfrans Liqasında davam edəcək.