"Qarabağ"ın qələbəsi Azərbaycanın UEFA reytinqində xalını artırdı

20.07.2022 10:09 514
Çempionlar Liqası
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

"Football-plus az" xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasında İsveçrə “Sürix”i üzərindəki qələbəsi (3:2) Azərbaycanın aktivinə növbəti 0,250 xalı yazdırıb. Son 5 mövsümdəki çıxışa əsasən Azərbaycan 13,125 xalla 29-cu sırada yer alır.

Siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.