"Azərbaycana gedəcəyim üçün çox sevinirəm" - "Frayburq"un futbolçusu

2.11.2022 12:35
Avropa Liqası
Almaniyanın "Frayburq" klubunun futbolçusu Yannik Kaytel "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edib.

"Football-plus.az" xəbər verir ki, almaniyalı futbolçu ölkəmizə səfər edəcəyinə görə sevindiyini bildirib:

"Azərbaycana gedəcəyim üçün çox sevinirəm. Matça ciddi yanaşacağıq. Bakıdakı oyunda da qalib gəlmək istəyirik. Heyətdə kimin yer almasından, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq, maksimum gücümüzü ortaya qoyacağıq".


Noyabrın 3-də Tofiq Bəhramov stadionunda oynanılacaq görüş 21.45-də başlanılacaq.