"Qarabağ" - "Frayburq" matçının biletləri satışda

28.10.2022 12:11 476
Avropa Liqası
UEFA Avropa Liqasının qrup mərhələsinin 6 - sonuncu turunda keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) oyununun biletləri bu gün satışa çıxarılıb.

"Football-plu.az" xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21.45-də start veriləcək.