Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) matçına bilet satışı davam edir.
Football-plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk gündə bu oyuna 20 min bilet satılıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11.00-dan 20.00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11.00-dan 20.00-dək),
Eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində (11.00-22.00).
Qeyd edək ki, noyabrın 3-ü keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21.45-də başlayacaq.