Avropa Liqasının qrup mərhələsində “Frayburq” ilə qarşılaşacaq “Qarabağ” FK sentyabrın 6-da Almaniyaya yollanacaq.
"Football-plus.az" xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17.00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Sentyabrın 7-də saat 19.40-da (Bakı vaxtı ilə 21.40) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20.00-da isə (Bakı vaxtı ilə 22.00) matçın keçiriləcəyi "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) media üçün açıq məşq (ilk 15 dəqiqəsi) reallaşacaq.
“Frayburq” – “Qarabağ” oyunu sentyabrın 8-i Bakı vaxtı ilə 23.00-da baş tutacaq.