• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Zəif çempionatı olan bir ölkədə "Qarabağ" Azərbaycanın yeganə top-komandasıdı" - Ağasəlim Mircavadov

Manşet / Çempionlar Liqası

26-08-2022, 22:0

“Qarabağ” Plzendə “Viktoriya”ya uduzmaqla Çempionlar Liqasından çəkildi.

Bu qarşılaşmada qapıçı Şahruddin Məhəmmədəliyevlə müdafiəçi Toral Bayramov kobud səhvlərlə diqqəti çəkdi. Meydandan məğlub ayrılan "köhlən atlar" mübarizəni Avropa Liqasında davam etdirəcək. Bu məsələlərlə bağlı dünən Ağasəlim Mircavadovla danışdıq....

- Sizcə, "Qarabağ" ÇL-in qrupunun biraddımlığında niyə büdrədi?
- Gəlin, bir reallığı qəbul edək ki, Azərbaycan premyer-liqasının səviyyəsi çox aşağıdı. Komandaların sayı azdı, rəqabət yoxdu, əvəzedicilərin çempionatı keçirilmir, 1-ci divizionun səviyyəsi ürəkaçan deyil. Bu sadaladıqlarım olmayandan sonra güclülər dəstəsi də zəif olacaq. Çexiyada həm komanda sayı çoxdu, həm də çempionatları daha güclüdü. Bütün bunlara rəğmən, "Qarabağ" 9 ildi avrokubokların qrupunda oynayırsa, buna ancaq sevinməliyik. Təbii ki, təmsilçimizin ÇL-in qrupunda oynamasını çox istəyirdik. Amma alınmadı. “Qarabağ” öz oyununu oynadı, lakin səhvlər həlledici oldu.

- Şahruddin Məhəmmədəliyev komandasının "1 nömrə"si, Toral Bayramov isə əsas heyət oyunçusudu. Onların belə səhvlər etməsi tənəzzül deyilmi?
- Futbol həm də səhvlər oyunudu. Səhvlər olmasa, inkişaf, təhlillər olmaz. Şahruddin yaxşı qapıçıdı, sadəcə, çılğınlığı bir çox hallarda ona mane olur. Çılğın şəkildə topa çıxışlar edəndə səhvlərə yol verir. Plzendəki matçda eyni səhvə yol verdi. Amma soyuqanlığını qoruyanda oyunu da yaxşı alınır. Ümumiyyətlə, qapıçı olmaq çox həssas olmaqdı. Yalan yerə demirlər ki, qolkiper komandanın yarısıdı. Ən güclü, dünya şöhrətli qapıçılar belə kobud səhvlər edir. Yəni bir oyuna görə Şahruddini qınayaraq hesabdan silmək olmaz. "Qarabağ"ın qolkiperini ümumilikdə təhlil etsək, son illərdə səhvlərindən çox uğurlu çıxışı daha çoxdu. Elə bu mövsüm ÇL-də neçə dəfə komandasının xilaskarı olub. Bunları da unutmaq olmaz. Toral Bayramova gəlincə, gənc olmasına rəğmən, çox perspektivli oyunçudu. 20 yaşında "Qarabağ" kimi komandada əsas heyət üzvünə çevrilmək çox çətindi. Onun da 2-ci qolda səhvi vardı, topu vaxtında uzaqlaşdıra bilmədi. Görünür, avrokubok təcrübəsi hələ azdı. İnanıram ki, bir neçə il sonra Azərbaycan yığmasının aparıcı futbolçusu olmaqla yanaşı, karyerasını Avropa klublarında davam etdirəcək. Sadəcə, üzərində hələ çox işləməlidi. İstənilən halda, futbolçuların yanında olmaq, dəstək vermək lazımdı.

- Axı "Viktoriya" keçilməz rəqib deyildi. “Qarabağ” daha güclü komandaları mübarizədən kənarlaşdırıb.
- Razıyam, Çexiya təmsilçisi “Real” deyildi. Ona qalib gəlmək olardı. "Qarabağ" meydanda öz oyununu sərgiləməyə çalışdı. Birinci hissənin sonunda hesabı açmaqla diqtə edən tərəfə də çevrildi. İkinci yarıya da pis başlamadıq. Çexiya futbolunun gücə söykəndiyini və "2-ci mərtəbə"də üstünlüyünü də unutmayaq. Təmsilçimiz mübarizə apardı, sadəcə, səhvlər və bəxtsizlik "Viktoriya"nı qalib etdi.

- Kadi Borgeslə Abdulla Zubirin oyununu necə qiymətləndirərdiz?
- Hər ikisi yüksək texnikaya, sürətə və fərdi oyuna üstünlük verir. Onları "Qarabağ"ın "düşünən beyni" adlandırsaq, yanılmarıq. Sadəcə, rəqib məşqçi onları yaxşı təhlil etmişdi. İstər Bakıdakı, istərsə də səfərdəki matçda "Viktoriya"nın futbolçuları bunların göz açmasına imkan vermədi. Ayaqlarına top gələn kimi ən azı iki müdafiəçi üzərlərinə şığıyaraq bloklayırdı. Ümumiyyətlə, Çexiya təmsilçisi sürət, texnika və fərdi oyunda "Qarabağ"dan geri qalırdı. Məhz buna görə də rəqib Borgeslə Zubiri maksimum bloklamışdı. Amma hər iki futbolçu döyüşdü. Düşünürəm ki, "Viktoriya" ilə oyunlar "Qarabağ" üçün dərs, təcrübə oldu və bundan nəticə çıxaracaqlar.

- İbrahima Vacini sona qədər meydanda saxlayıb Kvabena Ovusunu 2-ci hücumçu kimi döyüşə atmaq, Ramil Şeydayevə start heyətində yer vermək olmazdı?
- "Qarabağ"ın start heyətini və əvəzetmələrini doğru sayıram. Meydana rəqibə uyğun "11-lik"lə çıxmışdıq. Riçard Almeydanın zədənməsi gözlənilməz oldu. Ona görə də ilk əvəzləmə məcburi idi. Ozobiç yorulduğu üçün yerini Ramilə verdi. Vaci - Ovusu dəyişikliyi də məntiqlə düz idi. Çünki Qurban müəllimin Borgeslə Zubiri sona qədər meydanda saxlamaq istəyi onların fərdi oyununa hesablanmışdı. Düşünürdü ki, "10 nömrə" sürəti, texnikası hesabına müdafiənin yarıb fərqlənəcək, braziliyalı isə texnikası, cərimə zərbələri, hiyləgər ötürmələriylə rəqbi məyus edəcək.

- "Qarabağ"a transferlər, o cümlədən yeni qapıçı lazımdı?
- "Qarabağ" daim futbolçu axtarışında olan klubdu. Əminəm ki, Qurban müəllimin izlədiyi futbolçular var. Yeni qolkiper transferi inandırıcı deyil. Çünki hazırkı qapıçılarla keçinmək mümkündü. Nəzərə alsaq ki, Avroliqanın qrupunda bizi güclü rəqiblər gözləyir, qol duyumu olan hücumçu cəlb etsələr, yaxşı olar. Maksim Medvedevlə Kevin Medinanın sıraya qayıtması da "Qarabağ"ın xeyrinə işləyən məqamlardandı. İstənilən halda, Qurban müəllim güclənməyə ehtiyac olduğunu hamımızdan yaxşı bilir. Odu ki, hansı mövqelərə futbolçular cəlb edəcəyini zaman göstərəcək. Amma yeni hücumçu transferi vacibdi.

- Hazırkı heyətlə Avroliqanın qrupunda oynayacaq "Qarabağ"dan nə gözləyək?
- Gəlin, Qurban Qurbanovun və yetirmələrinin əziyyətini yerə vurmayaq. Zəif çempionatı olan bir ölkədə "Qarabağ" Azərbaycanın yeganə top-komandasıdı, ardıcıl 9 ildi avrokubokların qrupunda oynayır. Bu mövsüm ÇL-də sıçrayış edərək premyer-liqamızdan qat-qat güclü çempionata malik ölkələrin reytinqdə və büdcədə bizdən irəlidə olan 3 klubunu yolundan kənarlaşdırıb. Nəinki Azərbaycanda, hətta dünyada "Qarabağ" haqda müsbət fikirlər bildirirlər. "Viktoriya" ilə qarşılaşmaya həm "CBC Sport"dan, həm də Rusiya kanalından baxırdım. Ruslar xoş sözlər deyirdi. Ona görə ÇL-in qrupuna düşmədi deyə, onların əziyyətini yerə vurmayaq. Avroliqanın qrupuna düşmək də çox çətindi, bu turnirdə top-liqaların təmsilçiləri yer alır. Təbii ki, çox istərdim qrupdan çıxaq. Hələ qrupda yer alacaq rəqiblərimizin adı bəlli deyil. Amma inanıram ki, "Qarabağ" adına layiq çıxış edəcək.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Çempionlar Liqası

25-08-2022, 17:0

Tərlan Əhmədov “Qarabağ”dan fərqli oyun gözləyirmiş - AÇIQLAMA

Çempionlar Liqası

24-08-2022, 13:0

“Üç gündü buna hazırlaşırdım” - "Viktoriya"nın futbolçusu

Çempionlar Liqası

13-08-2022, 10:0

"Bütün diqqətimiz "Qarabağ"da olacaq" - "Viktoriya"nın futbolçusu

Çempionlar Liqası

24-08-2022, 10:0

Prezidentin köməkçisindən "Qarabağ" paylaşımı

Çempionlar Liqası

24-08-2022, 12:0

"Qarabağ"a eşq olsun!" - "Zirə"nin Müşahidə Şurasının sədri

Aktual
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Son xəbərlər
  • Bu gün, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Bu gün, 15:50
    Londondan Liverpula yollandı
  • Bu gün, 15:20
    Haunun xələfi o oldu
  • Bu gün, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Bu gün, 13:58
    MS-yə yenə gərək olmadı
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
Daha çox
Oxunub: 333
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 122
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə