“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsində ən çox seyv edən qapıçılar sırasında yer alır.
"Footbal-plus.az" xəbər verir ki, 28 yaşlı qolkiper dünən “Olimpiakos” - “Qarabağ” görüşündə (0:3) inamlı oyunu ilə seçilib.
3 turda Şahruddin 12 seyv edib. Bu göstəricidə o, 6-cı yeri tutur. Siyahıya liderliyi isə hərəyə 16 seyvlə HİK-in (Finlandiya) qapıçısı Konor Hazard və Deneş Dibus edir.