Şahruddin 100-ə çatdı

22.05.2022 13:18 628
Ölkə futbolu
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev premyer-liqada 100-cü oyununu keçirib.

"Football-plus.az"ın məlumatına görə, bu haqda PFL-in rəsmi saytı xəbər yayıb. Onun yubileyi 28-ci turun “Neftçi” ilə matçına təsadüf edib. Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.

Məhəmmədəliyev ölkə çempionatının 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Qeyd edək ki, Şahruddin 16-cı turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.