''Renn''in baş məşqçisi Bruno Jenezio ''Fənərbaxça'' ilə oyunun üstündən 2 gün ötdükdən sonra hakimlikdən gileylənmək qərarına gəlib!
Bilindiyi kimi cümə axşamı Avropa Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində ''Renn'' İstanbulda ''Fənər''in qonağı oldu. Fransızlar qalib gələrək qrup liderliyini təmin etməyə yaxın idilər. Amma komanda 3:0-lıq üstünlüyü əldən verərək bərabərliklə kifayətləndi. Dünən ''Monpelye'' ilə oyunöncəsi mətbuat konfransında danışan Jenezio İstanbulda hakim səhvlərinin qurbanı olduqlarını deyib. Halbuki 56 yaşlı mütəxəssis ''Fənər''lə oyundan sonrakı mətbuat konfransında hakimlik mövzusuna toxunmamışdı. Bu dəfə Jenezio bunları deyib: