"Embilaya qarşı qayda pozuntusu çox sərt idi" - Miçel

14.10.2022 12:46 400
Avropa Liqası
"Olimpiakos"un baş məşqçisi Miçel "Qarabağ"la Bakıdakı matçın (0:0) hakimliyindən (baş hakim Kreyq Pouson, İngiltərə) narazı qalıb.

"Footbal-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssis Avroliqanın qrup mərhələsinin oyunundan sonra jurnalistlərə deyib ki, hakimlik məşqçilik kimi çətindi:

"Amma müasir dövrdə hakimlərin köməkçiləri çoxdu. Embilaya qarşı qayda pozuntusu çox sərt idi. Amma rəqib oyunçu (Julio Romao - red.) yalnız sarı vərəqə ilə cəzalandırıldı".