• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Səhvlərimiz çoxdu" - Tərlan Əhmədov

Premyer-liqa

29-10-2022, 18:0

"Qarşılaşmanın ağır keçəcəyini uşaqlara demişdim. Rəqib turnir cədvəlində bizdən çox uzaqlaşmamalıydı. Dörd ildən sonra ikinci ev oyununda "Kəpəz" sevərlərə qələbə bəxş etdik. Futbolçularda təzyiq hiss olunurdu. Zaman keçdikcə rəqibi əks-hücumda tutaraq oyunu öz tərəfimizə çevirmək istəyirdik. Bu da bəhrəsini verdi. Səhvlərimiz çoxdu, amma 3:0 qalib gəldik, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizin dəstəyi bizim üçün stimuldu. İstədiyim tam formanı bərpa etməmişik, buna zaman lazımdı. Ümumilikdə komanda istəklidi, mübarizdi, baxımlı futbol oynamağa çalışır. Bu da məni sevindirir".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib.

O, Premyer Liqanın 12-ci turunun "Səbail"lə (3:0) oyunundan sonra mətbuat konfrasında iştirak edib.

- Abdullahi Şuaybunun effektli çıxışında sizin təsiriniz var?

- Məşqçilər futbolçunu öz fəlsəfəsinə görə seçir. Ancaq indi elə dövrə çatmışıq ki, məşqçi özünün seçmədiyi oyunçularla işləyir və orada istədiyi komandanı formalaşdırmağa başlayır. Çalışırıq ki, futbolçularımız daha yaxşı özünü göstərsin. Şuaybu cavan olsa da, mübarizələrdən qorxmur, çalışır rəqibin müdafiəsini təzyiqdə saxlasın. Biz də onun üçün şərait yaradırıq. Mən gələndə Şuaybu cinah yarımmüdafiəçisi kimi çıxış edirdi. Sürətini, gücünü hiss etdik və hücumda sınadıq. Gördük ki, bizə xeyir verəcək futbolçudu. Hər futbolçunun parlaq, yüksəliş dövrü olur. Zaman keçdikcə daha da istəklidi. Şuaybunu iki mövqedə oynatmaq olur. Ona nə qədər dəstək olsaq da, futbolçunun özünün istəyi önəmlidi.

- Matçı izləyənlər arasında Gəncənin İcra başçısı Nizam Bayramov da var idi. Oyundan sonra görüş oldu. Nələr danışdınız?

- Şəhərin icra başçısının komandaya dəstək olması, paltardəyişmə otağında futbolçularla görüşməsi böyük qayğıdan xəbər verir. Bu, bizi sevindirir. Görüşdü, təbrik etdi. Dedi ki, yaxın vaxtlarda hər şey yaxşı olacaq.

- "Neftçi"yə pis dönəmdə gəldiniz, komandaya medal qazandırdınız, ancaq sizə qapını göstərdilər. "Keşlə"də də (indiki "Şamaxı") uğur qazandınız, eyni hadisə yaşandı. İndi isə "Kəpəz"dəsiniz. Eyni ssenarinin yaşanacağından ehtiyatlanırsınız?

- Zamanın mənim üçün nə hazırladığını bilmirəm. İşimə həvəslə, məsuliyyətlə yaşanıram. 2011-ci ildən 2013-cü ilə qədər "Neftçi"də işlədiyim dönəmdə də, məsuliyyətimi hiss etdirmişəm. Oynadığım futbolu, ad-sanımı düşünmüşəm. Hər zaman fikirləşmişəm ki, büdcəsi az olan komandaya belə, dəvət etsələr məsuliyyətlə işləyim. Çətin durumda olan komandada işləyib uğurun açarını tapmağa çalışıram. "Kəpəz"dəki gələcəyimlə bağlı bir söz deyə bilmərəm, yaşayıb görərik. İstəyim odur ki, Allahın izni ilə komandanın əvvəlki adını daha da yaxşı imiclə Azərbaycan futboluna yazdıraq.

- Sabiq FİFA regerisi Xaqani Məmmədov deyib ki, Azərbaycanın ən güclü məşqçilərindən biri Tərlan Əhmədovdu...

- Xoş sözlər hər bir insan üçün sevindiricidi. Xaqani Məmmədov da uzun illərdi Azərbaycan futbolunda hakimlik etmiş yaxşı hakimimizdi. Hakimlər komitəsinin sədri də işləyib. Yaxşıların ən yaxşısıyam fikri barədə heç düşünməmişəm. Qurban Qurbanovun nəticəsi varsa, komandası uzun illər avrokuboklarda çıxış edirsə, hələ ki, bir nömrə odu. Hamımız ona dəstəyik. Nə vaxtsa hansısa komandanı baş məşqçi kimi avrokuboklarda qrup mərhələsinə çıxarsam, bəlkə də özüm olduğunu deyirəm. Çalışırıq ki, Azərbaycan futboluna xidmət edək.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

4-09-2022, 18:0

"Görüləcək işlərimiz həddindən artıq çoxdu" - Tərlan Əhmədov

Premyer-liqa

18-09-2022, 21:0

"İstədiyim futbolu komandadan ala bilmirəm" - Tərlan Əhmədov

Premyer-liqa

4-05-2022, 22:0

"Cavan futbolçularımı təbrik edirəm" - Samir Abbasov

Premyer-liqa

9-10-2022, 21:0

"Bu nəticənin günahkarı mənəm" - Tərlan Əhmədov

Premyer-liqa

5-08-2022, 22:0

"Gəncədə oynasaydıq, hər şey ola bilərdi" - Yaşar Vahabzadə

Premyer-liqa

18-09-2022, 20:0

"Premyer-liqada belə klubun olması çox önəmlidi" - Vüqar Əsgərli

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • 11-06-2026, 23:0
    AFFA klublara lisenziyaları təqdim etdi
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 205
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 184
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə