Hətta bəzi futbolçuların bilərəkdən zəif oynadıqları haqda söz-söhbət də dolaşır.Görəsən, həmin mövqedə oynayan futbolçular niyə imkanlarından aşağı çıxış edir, problemin səbəbi nədi?
Bu məsələni aydınlaşdırmaq üçün "Qəbələ"nin hücumameyilli yerli futbolçuları ilə əlaqə saxladıq. Lakin həm kapitan Asif Məmmədov, həm də Rövlan Muradov açıqlama vermək istəmədi. Bununla belə, komandanın uğursuz çıxışı ilə bağlı Murad Musayevlə danışa bildik:
"Futbolda daim sabit oynamaq, qələbə qazanmaq olmur. Komandamızda hər şey qaydasındadı, bütün oyunlara maksimum gücümüzü qoyur, yaxşı nəticə üçün meydana çıxırıq. Sadəcə, oyun planında bir qədər eniş var. Bu hal bütün komandaların başına gəlib. İnanıram ki, növbəti görüşlərdə daha yaxşı çıxış edəcək, qələbələr qazanacaq və nöqsanları aradan qaldıracağıq".
ABDULLA İSMAYILOĞLU



