"Football-plus.az" saytının məlumatına görə, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Düşündüyümüz kimi ağır oyun alındı. "Neftçi"nin təqdimata ehtiyac yoxdu. Usta futbolçulardan təşkil olunmuş komandadı. "Neftçi"yə qarşı layiqli mübarizə aparıb, layiqli də qələbə qazandıq. Komandam verilən tapşırığı dəqiq yerinə yetirdi. Qarşıda bizi iki final matçı gözləyir. Həmin oyunlara köklənib, maksimum nəticə qazanmağa çalışacağıq. Xüsusilə də azarkeşlərə təşəkkür edirəm, möhtəşəm idilər. Sona qədər dəstək olsunlar, Allah qoysa, onları sevindirərik".
- Gənc futbolçulardan Emil Səfərov xüsusi diqqəti çəkir. Onun haqda fikriniz necədi?
- Emil Səfərovu fərqləndirməzdim. O da komandamızın üzvüdü. Üzərinə nə düşürsə o da maksimunu yerinə yetirməyə çalışmalıdı və buna borcludu. Heyətimizdə Emildən də dəyərli futbolçular var ki, zədəli ola-ola hər şeyini meydanda qoyur. Ürfan Abbasovu xüsusi fərqləndirmək istəyirəm. Böyük xarakterə və böyük ürəyə sahib futbolçudu. Bu zədə ilə heç bir futbolçu oynamazdı, amma Ürfan 90 dəqiqə meydanda görürük.
- Komandanın kapitanı Asif Məmmədovun bu yaşdakı performansını necə dəyərləndirirsiz?
- Asif Məmmədov nəinki meydanda, məşq prosesində də ən yaxşılardan biridi. Futbolda oyunçunun yaşına yox, onun durumuna baxmaq önəmlidi. Asif hamıya göstərir ki, bu yaşdada da yüksək səviyyədə futbol oynamaq olar.



