Hər iki komanda hələ ki məğlub olmayıb. Amma "köhlən atlar" Masazır təmsilçisiylə müqayisədə 1 oyun az keçirməklə maksimum nəticə göstərib.
Görəsən "Qarabağ"la oyun ərəfəsində “bayquşlar”ın heyətində itki var? "Football-plus.az" saytı olaraq bu sualaya aydınlıq gətirmək üçün “Sabah”ın mətbuat katibi Elnur Həmodovla əlaqə saxladıq:
"Komanda gündə bir dəfə olmaqla “Bank Respublika Arena”da məşqlərini davam etdirir. “Qarabağ”la oyunöncəsi komandada cəzalı futbolçu yoxdu. Zədəlilərdən Kristian da Silva, Zurab Oçiqava və Tiemoko Fofana komanda ilə məşqlərə qoşulmayıb. Kristian Sebalyosun da zədəsi var. Onun “Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi dəqiqləşməyib”.
ABDULLA İSMAYILOĞLU



