“Sabah”ın futbolçusunun qabırğalararası əzələsində yırtıq aşkarlanıb – AÇIQLAMA

14.03.2022 14:10 594
Ölkə futbolu / Manşet
Premyer-liqanın 19-cu turu çərçivəsində ötən gün baş tutan “Sabah”- “Qarabağ” (0:1) matçında meydan sahiblərinin heyətində məcburi dəyişiklik baş verdi.

Qarşılaşmanın 57-ci dəqiqəsində zədələnən Bəxtiyar Həsənalızadə həkimlərin müdaxiləsindən sonra meydana qayıtsa da, oyuna davam etdirə bilmədi və 62-ci dəqiqədə Slavik Alxasovla əvəzləndi.

Görəsən, futbolçunun zədəsi ciddidi? Bunu öyrənmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq.

Klub rəsmisinin “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Bəxtiyar Həsənalızadənin MRT müayinəsinin nəticəsinə əsasən qabırğalararası əzələdə kiçik yırtıq aşkarlanıb. Qarşıdakı oyunu buraxmalı olacaq”.


SƏNƏM FƏRHADOVA