“Sabah”dan futbolçusu ilə bağlı - AÇIQLAMA

13.03.2022 16:20 671
Ölkə futbolu
Premyer-liqanın 19-cu turu çərçivəsində ötən gün baş tutan “Sabah”- “Qarabağ” (0:1) matçında meydan sahiblərinin heyətində məcburi dəyişiklik baş verdi.

Qarşılaşmanın 57-ci dəqiqəsində zədələnən Bəxtiyar Həsənalızadə həkimlərin müdaxiləsindən sonra meydana qayıtsa da, oyuna davam edə bilmədi və 62-ci dəqiqədə Slavik Alxasovla əvəzləndi.

Görəsən futbolçunun zədəsi ciddidi? Bunu öyrənmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq.
Klub rəsmisinin “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Bəxtiyarın vəziyyətinə sabah aydınlıq gələcək. MRT müayinəsindən keçməlidi”.

SƏNƏM FƏRHADOVA