“Rudeş”dən gələn legionerin rəsmi oyunlara çıxmamasının səbəbi sənəd problemidi. Belə bir çatışmazlıq vardısa, klub onu niyə heyətinə qatıb? Ümumiyyətlə, bu məsələ nə vaxt yoluna qoyulacaq? "Football-plus.az" bu suallara aydınlıq gətirmək üçün "Kəpəz"in icraçı direktoru İlqar Nadiri ilə əlaqə saxladıq:
"Xorvat qapıçını məşqçilərimiz çoxdan izləyirdi. İş elə gətirdi ki, onu vaxtında transfer edə bilmədik, “pəncərə” bağlanandan sonra heyətimizə cəlb etdik. Qolkiperin son klubu bəzi sənədləri göndərmədiyindən problemlər yarandı. Amma biz onun xidmətində maraqlıyıq. Qış fasiləsindən sonra çempionatımızda çıxış edəcək".
ABDULLA İSMAYILOĞLU





