"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

5.10.2022 15:10 483
Ölkə futbolu
“Kəpəz” xorvatiyalı qapıçı ilə müqavilə imzalayıb.

"Footbal-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi xorvatiyalı qolkiper Mario Mustapiçi heyətinə qatıb.

23 yaşlı qapıçı mövsümün sonuna qədər "Kəpəz"in qapısını qoruyacaq.

O, son olaraq Xorvatiya ikinci liqasında çıxış edən "Rudes"in formasını geyinib.